AZ

Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün yeni məhsuldarlıq rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, 8-ci turun oyunlarında 19 qol vurulub.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 top vurulmuşdu.

“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail” (3:2) oyunlarının hərəsində 5 qol vurulub. “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün 10-cu və 16-cı turlarında da 19 qol vurulmuşdu. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/2022 mövsümünün 10-cu turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.

Seçilən
6
22
arena.az

10Mənbələr