AZ

Əliyar Ağayev ÇL-nin oyununda

FİFA referimiz Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki,o, Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Seçilən
4
49
football-plus.az

10Mənbələr