AZ

Silah-sursat təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. 

DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 28-29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 10 tüfəng, 7 patron darağı və 209 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 28-də və 29-da əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan  3 tüfəng aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
7
3
xalqqazeti.az

10Mənbələr