AZ

ABŞ və Avropa liderləri İrana yalan vədlər veriblər - Foto

ABŞ

ABŞ və Avropa liderləri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə İranın cavab vermədiyi təqdirdə Qəzzada atəşkəs elan edəcəklərinə vəd verib, sonra isə vədlərinə əməl etməyiblər.

Reyting.az
xəbər verir ki, bunu İran dövlət televiziyası prezident Məsud Pezeşkiana istinadla bildirib.

Məlumata görə, Pezeşkian Nazirlər Şurasının iclasında deyib ki, İsrailin bölgədəki təcavüzü və cinayətləri cavabsız qalmayacaq.

Pezeşkianın sözlərinə görə, İranın İsmail Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır.



Qeyd edək ki, İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olub və gecə saatlarında Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edib.

Xatırladaq ki, İran iyulun 31-də paytaxt Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə cavab tədbirləri görməyə qərar vermişdi. Bundan sonra Tehranın İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində hücum niyyətindən əl çəkəcəyi ilə bağlı iddialar səsləndi. Tehran administrasiyası isə “hücumla milli suverenliyini təhdid edən İsrailin cəzalandırılması üçün alınan qərar və Qəzzada atəşkəs səylərinin ayrı-ayrı mövzular olduğunu, lakin atəşkəs prosesinə zərər verməyəcəyinə ümid etdiklərini” bildirib.

E. KAMAL
Seçilən
9
1
reyting.az

6Mənbələr