AZ

Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etdi - FOTO

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixində Vətən uğrunda canlarında keçən qəhrəman şəhidlərimizin övladlarının Qobustanda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil olunub.
 
Moderator.az xəbər verir ki, məktəbli şəhid övladlarının iştirak etdiyi bu ekskursiya zamanı iştirakçılara bələdçilər tərəfindən ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçılar kompleks ərazisində yerləşən Təbiət tarixi sərgi zalında nümayiş etdirilən Azərbaycan və dünya faunasına aid olan heyvan skeletləri və tarixi eksponatlarla tanış olublar.
 
Günün davamında ekskursiya iştirakçıları üçün rəngkarlıq, dulusçuluq və boyama incəsənət sahələri üzrə master-klaslar təşkil olunub. Öz əl işlərini yaratmaq şansı əldə etdikləri bu fəaliyyətlər məktəbli ekskursiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
Ekskursiyanın sonunda iştirakçılara hədiyyələr təqdim olunub.
 
Seçilən
9
13
moderator.az

10Mənbələr