AZ

Vidadi İsgəndərli bıçaqlandı

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb. Bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

 

Hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

 

V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.

Tarix: 30 Sentyabr 2024, 11:24   
Seçilən
841
45
pravda.az

10Mənbələr