AZ

6 avtomat, 2 tapança və 13 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, sentyabrın 28-də və 29-da polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 6 avtomat silahı, 2 tapança, 10 tüfəng, 7 patron darağı və müxtəlif çaplı 209 patron təhvil götürüblər.

Həmçinin son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

Seçilən
8
19
veteninfo.az

10Mənbələr