AZ

Beynəlxalq Ciu-Citsu Federasiyasının Azərbaycandakı rəsmi təmsilçisi bəlli olub - FOTO

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası (YDNMA) Beynəlxalq Ciu-Citsu Federasiyasının Azərbaycandakı rəsmi təmsilçisi olub. SİA xəbər verir ki, qurumun İdarə Heyətinin iclasında YDNMA-nın Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü kimi ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar qəbul edilib.

YDNMA-nın tərkibində ciu-citsu sektoru yaradılıb. Sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən Əli Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda ciu-citsu üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.

Elşad Kərimov YDNMA-nın baş katibi vəzifəsinə seçilib.

Qeyd edək ki, assosiasiya 2022-ci il oktyabrın 31-də Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçib. YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq yapon döyüş növlərinin inkişaf etdirilməsidir.

Seçilən
5
7
sia.az

9Mənbələr