AZ

Şənbə və bazar günləri 40 kiloqramadək narkotik vasitə aşkarlanıb

Şənbə

Bakı, 30 sentyabr, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

 

Seçilən
10
12
azertag.az

10Mənbələr