Sumqayıt şəhərində sentyabrın 28-də 8-ci mərtəbədən
yıxılan 12 yaşlı qız xəstəxanada ölüb.
News365.az xəbər verir ki, hadisə iki gün əvvəl
şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva bu gün Bakıda
müalicə aldığı özəl klinikada dünyasını dəyişib.