AZ

HƏMAS-ın Livandakı komandiri də öldürülüb

HƏMAS hərəkatı bildirib ki, İsrailin Livanın cənubuna etdiyi raket hücumunda bu təşkilatyın komandirlərindən daha biri ailə üzvləri ilə birlikdə ölüb.

Modern.az xəbər verir ki, İran KİV-nin məlumatına görə, HƏMAS-ın yaydığı bəyanatda bildirilib ki, Livanın cənubundakı Əl Buss düşərgəsinə düşən raket partlayışı təşkilatın komandirlərindən olan Fətih Şərif Əbul Əminin həyatına son qoyub.

Açıqlamaya görə, Fətih Şərifin evinə hücumda HƏMAS-ın komandirinin həyat yoldaşı, oğlu və qızı da ölüblər.

Fətih Şərif HƏMAS-ın Livandakı komandiri idi.

Seçilən
5
modern.az

1Mənbələr