AZ

Vidadi İsgəndərli bıçaqlandı - Vəziyyəti ağırdır

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

 

Qeyd edilib ki, V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.

Seçilən
7
45
modern.az

10Mənbələr