AZ

İsrail sünni müqavimət liderləri Dahruc və həyat yoldaşını öldürdü

İsrail ordusunun Livanda həyata keçirdiyi hava hücumunda ölkənin mühüm sünni qruplarından biri olan Camaat İslamiyyənin liderlərindən Məhəmməd Dahruc və həyat yoldaşı həyatını itirib.

Turkustan.az xəbər verir ki, camaat İslamiyyə tərəfindən verilən açıqlamada ölkənin şərqindəki Bekaa bölgəsində evinə edilən hücum nəticəsində Məhəmməd Dahruc və həyat yoldaşı Diyana ed-Dusukinin həyatını itirdiyi bildirilib.

Açıqlamada, İsrailin hücumunda Camaat-i İslamiyyə üzvü Bahəddin Mayiz Məqamizin də öldüyü bildirilib.

Sentyabrın 23-dən Hizbullaha qarşı hava hücumları təşkil etdiyini açıqlayan İsrail, bir həftədən çoxdur ki, Livanın paytaxtı Beyrutla yanaşı, bir çox bölgədə şiddətli hücumlar həyata keçirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr