AZ

Fələstin hökuməti: ''İsrail oktyabrın 7-dən bəri təxminən 17 min uşağı öldürüb''

Qəzzadakı Fələstin hökuməti İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri bölgəyə təşkil etdiyi hücumlarda təxminən 17 min uşağın həyatını itirdiyini açıqlayıb.
Qəzzadakı hökumətin Media Ofisinin direktoru İsmayıl Sevabitenin yaydığı bəyanatda bölgədəki uşaqların vəziyyəti ilə bağlı məlumat verib.

İsmayıl Sevabite 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində 16,859 uşağın həyatını itirdiyini bildirib.

İ.Sevabite həyatını itirən uşaqlardan 171-nin 2023-cü il oktyabrın 7-dən sonra doğulan və hələ bir yaşı belə olmayan körpələr olduğunu vurğulayıb.

İsrailin hücumları nəticəsində yetim qalan uşaqların vəziyyəti ilə bağlı Sevabite deyib: "İsrailin hücumları nəticəsində Qəzza zolağında 25,973 uşaq valideynlərindən birini və ya hər ikisini itirib. Onlardan 12,633-ü qız, 13,340-ı da oğlandır".

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) daha əvvəl yaydığı bəyanatda Qəzza zolağında bir çox uşağın İsrailin hücumları səbəbindən yata bilmədiyi və ya uşaqlıq illərini yaşaya bilmədiyi vurğulanıb. 



Seçilən
0
trt.net.tr

1Mənbələr