Bu ilin yanvar-avqust aylarında “A-Qroup Sığorta Şirkəti” ASC-nin yığımlarının həcmi 10 milyon 91 min manat olub.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % və ya 1 milyon 563 min manat azdır.
2023-cü ilin yanvar-avqust aylarında “A-Qroup Sığorta Şirkəti”nin yığımlarının həcmi 11 milyon 654 min manat təşkil edib.
Bu ilin hesabat dövründə “A-Qroup Sığorta Şirkəti” ASC-nin ödənişlərinin həcmi 8 milyon 862 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 758 min manat və ya 7,8 % azdır.
2023-cü ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 9 milyon 620 min manat olub.
Xatırladaq ki, “A-Qroup Sığorta Şirkəti” 1995-ci ildə yaradılıb.
Nara