AZ

Daha 40 ailə Cəbrayıla yola salındı


İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb.
Qeyd edək ki, bu Cəbrayıl şəhərinə yola salınan ikinci köç karvanıdır. Birinci belə tədbir zamanı şəhərə 117 ailənin, yəni 364 nəfərin köçürülməsi təmin edilib.


Seçilən
5
46
yeniavaz.com

10Mənbələr