AZ

Rusiyada nəvə nənəsini "həbs etdi"

Rusiyanın Ulyanovsk şəhərində xilasedicilər səkkiz yaşlı nəvəsi ilə həbs oyunu oynayan nənəni qandaldan xilas ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Hadisə şənbə günü baş verib. Təqaüdçü və nəvəsi həbs oyunu oynayıblar. Bir anda oğlan həbsi simulyasiya edərək nənəsinin əlini qandallayıb. Yaşlı qadın qandallardan qurtula bilməyib.

Qeyd olunur ki, qandallar uşağın mərhum babasından qalıb - o, polis işləyirmiş.

Əlləri qandallı nənə xilasedicilərə müraciət etməli olub. Ulyanovsk Mülki Müdafiə İdarəsinin əməkdaşları təqaüdçünü azad ediblər.

Seçilən
4
2
musavat.com

3Mənbələr