AZ

ABŞ-də təyyarə qəzası - 5 ölü

ABŞ-ın Şimali Karolina ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, pilot hava limanına enməyə cəhd edib, lakin təyyarə meşə zolağına düşüb.

Yerlə toqquşduqdan sonra təyyarə alovlanıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
10
8
bakivaxti.az

10Mənbələr