AZ

Rusiyanın nüvə silahından istifadə şərtini Müdafiə Nazirliyi müəyyənləşdirəcək

Peskov: “Qərb əyləcləri basmır, əksinə, qələbəsini təmin etmək üçün Ukraynaya dəstəyi davam etdirmək niyyətində olduğunu bəyan edir”

Rusiyanın nüvə silahından istifadə zərurəti Müdafiə Nazirliyi tərəfindən müəyyənləçdiriləcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml rəsmisi deyib ki, nüvə silahının qarşısının alınması sahəsində yenilənmiş dövlət siyasətinə əsasən, bu cür hərəkətlər üçün şəraitin yaranıb-yaramadığına məhz Müdafiə Nazirliyi qərar verməlidir.

“Bu, daha çox mütəxəssislərimizin, hərbçilərimizin səlahiyyətindədir. Hansı silahların istifadə edildiyini və necə istifadə edildiyini hərbçilərimiz müəyyənləşdirirlər. Kollektiv Qərb ölkələrinin Ukrayna ətrafında münaqişədə bilavasitə iştirakını qeydə alanlar onlardır”, - Peskov bildirib.

Kreml rəsmisi Prezidentin bu yaxınlarda səsləndirdiyi nüvə silahının tətbiqi ilə bağlı bəzi şərtlərin artıq hazır olması ilə bağlı sualı belə cavablandırıb: “Məsələn, Ukrayna Rusiyaya kütləvi şəkildə pilotsuz təyyarələrlə hücum edir və hücumlar üçün raketlərdən istifadə edir”.

Peskov əlavə edib ki, Kiyev və onun Qərb müttəfiqlərinin hərəkətlərinə cavab Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasına yenidən baxılması qərarı olub: “Aydındır ki, beynəlxalq vəziyyətin necə inkişaf etməsi, sərhədlərimiz ətrafında gərginliyin necə artması, əslində nüvə güclərinin Ukraynanın tərəfində münaqişədə iştirak etməyə başlaması, NATO infrastrukturunun sərhədlərimizə doğru necə hərəkət etməsi doktrinada düzəlişləri zəruri etdi”, - peskov vurğulayıb.

Peskov həmçinin deyib ki, Qərb “əyləcləri basmır”, əksinə, “qələbəsini təmin etmək” üçün Ukraynaya dəstəyi davam etdirmək niyyətində olduğunu bəyan edir: “Kiyevdə Rusiyanı sülhə məcbur etməyin zəruriliyindən utopik danışırlar. Bu cür ritorika səhvdir və bunun Ukrayna rəhbərliyi üçün mənfi nəticələri ola bilər”.

Qeyd edək ki, Putin sentyabrın 25-də Rusiyanın nüvə doktrinasını dəyişdirdiyini və nüvə silahından istifadənin səbəbləri siyahısını əhəmiyyətli dərəcədə genişləndirdiyini açıqlayıb. O cümlədən, sənəddə nüvə dövlətinin dəstəyi ilə istənilən dövlətin təcavüzü Rusiyaya birgə hücum kimi qiymətləndiriləcək bənd daxil edilir. Putin həmçinin ölkədə hədəflərə qarşı qanadlı raketlərin və pilotsuz təyyarələrin kütləvi şəkildə buraxılması ilə bağlı “etibarlı məlumat” alınacağı təqdirdə nüvə silahından istifadə imkanının doktrinaya əlavə edilməsini təklif edib.

Dəyişikliklər Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Qərb raketlərindən istifadə etmək icazəsi ala biləcəyi ilə bağlı məlumatlar fonunda elan edilib. Kreml bəyan edib ki, düzəlişlər Kiyevin müttəfiqləri üçün müəyyən siqnal sayıla bilər ki, bu da onların Rusiya Federasiyasına “mütləq nüvə deyil, müxtəlif vasitələrlə hücumda iştirak etməsinin nəticələri barədə” xəbərdarlıq edir.

ABŞ dövlət katibi Antoni Blinken Putinin “nüvə ritorikasını” pisləməyə çağırıb və doktrinada dəyişiklikləri “məsuliyyətsizlik” adlandırıb. Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Peter Stano da oxşar bəyanatla çıxış edərək qeyd edib ki, ilk dəfə nüvə kartı oynamayan Putinin “qəbuledilməz davranışı” “bütün dünyaya onun əsl üzünü göstərir”. /ayna.az/

Seçilən
9
turkustan.az

1Mənbələr