AZ

Velosipeddən yıxılan prezidentin qolu sındı

Latviya prezidenti Edqars Rinkeviç velosipeddən yıxılaraq qolunu sındırıb. O, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

"Velosiped mövsümü başa çatdı. Həkim Kris Rosenberq və Travmatologiya və Ortopediya Xəstəxanasının komandasına çox da ağıllı olmayan bir xəstəyə kömək etdiklərinə görə təşəkkür edirəm" deyə Baltikyanı dövlətin başçısı yazıb.

Delfi portalı Latviya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisə istinadən yazıb ki, Rinkeviçin sınıqları adi deyil. Onun sağ əlinin biləyi və sol əlinin barmağı sınıb.

Amma müşavir əlavə edib ki, zədə Latviya liderinin iş vəzifələrini yerinə yetirməsinə təsir göstərməyəcək.

Tural

Seçilən
22
news365.az

1Mənbələr