AZ

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru barəsində inzibati protokol tərtib olunub - O, qərardan şikayət verib

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor Poluxova Aynur Əli qızına inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Direktor protokoldan şikayət verib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 30 Sentyabr 2024, 08:06   
Seçilən
15
pravda.az

1Mənbələr