AZ

Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ

Bunun üçün alimlər xəstənin mədəaltı vəzi hüceyrələrini yenidən proqramlaşdırmalı olublar...
 
Çinli tədqiqatçılar dünyada ilk dəfə 25 yaşlı bir xəstəni kök hüceyrə nəqli ilə müalicə edərək 1-ci tip diabetin müalicəsində mühüm addım atıblar. Bu innovativ yanaşma nəticəsində qızın mədəaltı vəzi üç aydan az müddətdə insulin istehsal etmək qabiliyyətini bərpa edə bilib.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "Nature" tibbi-elmi jurnalı yazır.
 
Belə bir nəticəyə nail olmaq üçün alimlər xəstənin mədəaltı vəzi hüceyrələrini kök hüceyrəyə çevirərək yenidən proqramlaşdırıblar. Bu kök hüceyrələrdən bədəndə insulin istehsalına cavabdeh olan yeni "Langerhans" adacıqları yaradılıb.
 
Tibb jurnalının məlumatına görə, bu adacıkların təxminən 1,5 milyonu xəstənin qarın əzələlərinə vurulub.
 
Bu kəşf 1-ci tip diabetə qalib gəlinə biləcəyinə ümid verir. Transplantasiyadan sonra qız bir ildir ki, insulin inyeksiyasına ehtiyac duymadan yaşayır ki, bu da onun həyat keyfiyyətini xeyli yaxşılaşdırıb.
 
O, indi əvvəllər ona qadağan olunmuş şirniyyatlardan həzz ala bildiyini məmnuniyyətlə qeyd edir.
 
Tədqiqatçılar noyabr ayında əməliyyat edilmələrinin bir ili tamam  olacaq digər iki tədqiqat iştirakçısını izləməyə davam edirlər.
 
Tədqiqatçılar ümid edirlər ki, onların nəticələri eyni dərəcədə uğurlu olacaq və diabetdən əziyyət çəkən bir çox insanın həyatını dəyişdirə biləcəklər. Bu nailiyyət kök hüceyrə tədqiqatının əhəmiyyətini vurğulayır və xroniki xəstəliklərin müalicəsində yeni üfüqlər açır...
 
S.Laçın
Seçilən
18
9
moderator.az

10Mənbələr