Bakı. Trend:
Türkiyənin Malatya şəhərində hərbi maşın və minik avtomobilinintoqquşması nəticəsində 5-i əsgər olmaqla 8 nəfər yaralanıb. Qəzasəbəbindən nəqliyyatın hərəkətinə bağlanan Malatya-Sivas avtomobilyolu avtomobillər yoldan təmizləndikdən sonra nəzarətli şəkildəhərəkətə açılıb.
Trend xəbər verirki, qəza Malatya-Sivas avtomobil yolunun Kendirli rayonunda başverib. Hadisə nəticəsində növbədən qayıdan jandarma əməkdaşları iləbirlikdə 5 hərbçi və avtomobildə olan 3 nəfər yaralanıb. Polis,jandarma və sağlamlıq qrupları bölgəyə sövq edildi.
İlkin tibbi yardım alan 8 yaralı daha sonra təcili yardım maşınıilə Malatya Təhsil və Araşdırma Xəstəxanasına və İnönü UniversitetiTurqut Özal Tibb Mərkəzinə aparılıb.