AZ

Hizbullahın nüfuzlu şəxsi xəritələri və 5 milyonu götürüb İsrailə qaçdı

Livan mənbələrinin məlumatına görə, Hizbullahın rabitə mühəndisi və təşkilatın media və maliyyə direktoru Hüseyn əl-Başa məxfi sənədlər, həssas xəritələr və beş milyon dollarla İsrailə qaçıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.

Livan televiziyası xəbər verir ki, əl-Başa həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı məxfi sənədləri də özü ilə aparıb.

Əl-Başanın qaçışı Hizbullah və İran üçün ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndirilir. Onun İsrailə qaçması təşkilatın və İranın strateji planlarına dair kritik məlumatların üzə çıxma riskini artırır.

Seçilən
18
7
publika.az

10Mənbələr