AZ

Danimarkada vikinqlərə aid 50 skelet tapılıb

Danimarkada tarixi ərazidə qazıntı zamanı çox yaxşı vəziyyətdə qalmış 50 vikinq skeleti tapılıb. SİA xarici KİV-ə istinadla xəbər verir ki, skeletlər Danimarkanın üçüncü böyük şəhəri olan Odens yaxınlığında aşlar edilib. Odens şəhər muzeyinin direktoru Mixael Bor Lundo bildirib ki, qrunt sularının səviyyəsi yüksək olduğu üçün skeletlər çox yaxşı qalıb, bütün sümüklər aydın seçilir.

“Normal olaraq biz vikinq qəbirlərində bir neçə diş və bəzək əşyası tapanda sevinirdik. Lakin burada skeletlər olduğu kimi qalıb. Onlar çox gözəl qorunub. Bu bizə yeni araşdırmalar üçün imkan verəcək” – deyə, arxeoloq bildirib.

Qazıntı zamanı 850-970-ci illərə aid soyuq silahlar və bəzək əşyaları da aşkar edilib.

Skeletlər tədqiq olunmaq üçün xüsusi laboratoriyada qurudulub təmizlənməyə verilib.

Seçilən
13
2
sia.az

3Mənbələr