AZ

Qaz olmayacaq

Sentyabrın 30-da Bakının üç rayonunda qaz olmayacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

 

Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisi, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi və Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 30 Sentyabr 2024, 01:13   
Seçilən
15
50
pravda.az

10Mənbələr