AZ

Şirvanda QƏZA: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şirvan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri - 2007-ci il təvəllüdlü Həsən Afət oğlu Müslümov, 2008-ci il təvəllüdlü Fatimə Eynulla qızı Nəsirova və hələlik şəxsiyyəti məlum olmayan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
11
15
oxu.az

10Mənbələr