AZ

Göygöldə avtomobil iki qadını vurdu

Göygöldə piyadaların vurulması ilə nəticələn yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "VAZ "markalı minik maşını yolu keçmək istəyən 1982-ci il təvəllüdlü M.Əliyevanı və 1961-ci il təvəllüdlü M.Nəcəfovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
33
e-huquq.az

10Mənbələr