AZ

Latviya Prezidenti velosipeddən yıxılıb zədə aldı

Latviya Prezidenti Edqars Rinkeviç velosipeddən yıxılaraq zədələnib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Rinkeviçin sağ biləyi və barmağı sınıb.

Qeyd olunur ki, hadisə sentyabrın 28-də baş versə də, Prezident yalnız bir gün sonra həkimə müraciət edib. Travmatologiya və ortopediya xəstəxanasında müayinə olunan dövlət başçısının əlinə gips qoyulub.

Seçilən
7
6
metbuat.az

8Mənbələr