AZ

Kolumbiyada helikopter qəzası: Bütün ekipaj üzvləri həlak oldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğraması nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə respublika prezidenti Qustavo Petro özünün "X" hesabında məlumat yayıb.
"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-nin səkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm. Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumu bildirirəm", - o yazıb.
Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu təsdiqləyib. Qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Seçilən
17
6
oxu.az

7Mənbələr