AZ

4 nəfərin xəsarət aldığı ağır qəza

Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

News365.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.


Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.


Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
15
news365.az

10Mənbələr