AZ

Sumqayıtda yataqxanada yanğın

Sumqayıtda yataqxanada baş verən partlayışdan sonra yanğın başlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

 

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Sakinlər binadan təxliyə edilib.

 

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

 

Fakt araşdırılır.

Seçilən
4
4
modern.az

10Mənbələr