AZ

“Tramp seçilməsə, bu, sonuncu seçki olacaq” – İlon Mask


Noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp məğlub olacağı təqdirdə ABŞ üçün sonuncu seçki ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bildirib.
“Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir ” – deyə Mask yazıb.
İlon Mask belə hesab edir ki, Demokratlar Partiyasının namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, qeyri-qanuni mühacirlər gəlməyə davam edəcək və növbəti seçkilərdə səsvermə hüququ qazanacaqlar: “Beləliklə, miqrantların səsini qazanaraq Demokratlar Partiyası dörd ildən sonra rəqabətdən kənarda qalacaq və ABŞ-da yeganə seçkilər demokratların partiya daxilində keçirdiyi praymerizləri olacaq”.
Seçilən
29
1
yeniavaz.com

9Mənbələr