AZ

Pənah Hüseynlə bağlı qərar verildi

Sabiq Baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.


İdarə Heyəti P. Hüseyn tərəfindən onun sədrlikdə qalmaqda davam etməsinə qərar qəbul edib.

 

Eyni zamanda İH 2025-ci il ərzində (lakin bir ildən gec olmayaraq) AXP- nin növbədənkənar qurultayını çağırılması haqqında AXP sədri P. Hüseynin təklifini qəbul edib.

 

Xatırladaq ki, parlament seçkilərindən sonra Pənah Hüseyn istefasının gündəmə hələ biləcəyini demişdi.

Tarix: 29 Sentyabr 2024, 20:07   
Seçilən
9
8
pravda.az

9Mənbələr