AZ

İranda spirtli içkidən kütləvi zəhərlənmə: Ölənlər var

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.

Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər. socar vakansiya

Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.


Telegram kanalımız
Seçilən
9
17
yenisabah.az

10Mənbələr