AZ

Bank kartından pullar belə oğurlanır - VIDEO

Mobil telefonlara kiber müdxailə edilərək hesablardakı pullar oğurlanır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, son günlərdə bu cür şikayətlərə sosial şəbəkələrdə çox rast gəlinir. Qeyd edilir ki, əvvəlcə mobil telefon sönür və işə salmaq olmur. Təmirdən sonra baxdıqda isə həmin mobil cihazın qeydiyyatında olan hesablardan pullar çəkildiyi ortaya çıxır.

Mütəxəssislər bildirirlər ki, bu proses sahibinin smartfon telefona quraşdırdığı kənar tətbiqlər vasitəsilə həyata keçirilir.

Mütəxəssis bu cür kiberhücumlardan qorunmaq üçün telefonlara kənar tətbiqlər və fayllar yükləməməyi tövsiyə edir.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşiblər.

Hücumlar da ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.

Seçilən
658
25
day.az

10Mənbələr