AZ

Minlərlə sakini olan qəsəbənin uşaq bağçası yoxdur - VİDEO

Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinin sakinləri deyirlər ki, əvvəl 50 ailədən ibarət olan qəsəbənin indi minlərlə sakini var. Ancaq bircə dənə də olsun uşaq bağçası yoxdur.

Bizim.Media xəbər verir ki, sakinlər bildirir ki, bir məhəllədə təxminən 50 uşaq var.

Uşaqları bağçaya Suraxanı, Əmircan, yaxud Bülbüləyə aparmaqdan ötrü yol xərci tələb olunur. Buna isə bir çox ailələrin maddi baxımdan imkanları çatmır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, əraziyə baxış keçirildikdən və ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.

Daha ətraflı videoda:

 


Bizim.Media

Seçilən
8
6
bizim.media

10Mənbələr