AZ

“Miss Avropa 2024”ün qalibi o oldu - FOTO

Kazanlı model Dinara Salyaxova Bolqarıstanda keçirilən "Miss Avropa 2024” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. SİA TASS-a istinadən xəbər verir ki, müsabiqədə İtaliya, Almaniya, Hollandiya, Portuqaliya, Ukrayna da daxil olmaqla 25 ölkənin nümayəndələri mübarizə aparıblar. Rusiyadan olan iştirakçı əlavə iki nominasiyada - "Ən yaxşı milli geyim” və "Müsabiqə sponsorunun seçimi” üzrə mükafatlar qazanıb. Bundan başqa, bu il Dinara "Dünyanın rus xanımı” müsabiqəsinin qalibi olub və bundan sonra Avropa mərhələsinin finalına yüksəlib. O, həmçinin idman bal rəqsləri üzrə Tatarıstan çempionu tituluna malikdir.

Seçilən
15
16
sia.az

10Mənbələr