AZ

Türkiyədə məşhur bloqerin öldüyü qəza ilə bağlı yeni faktlar açıqlandı: Günahkar kim olub?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın sosial media fenomeni, "MotoTanya" təxəllüsü ilə tanınan məşhur rusiyalı bloqer Tatyana Ozolinanın Türkiyədə motosiklet qəzasında ölümü ilə bağlı yeni faktlar açıqlanıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Muğlanın Milas rayonunda baş verən motosiklet qəzası ilə bağlı Ədliyyə Tibb Qurumunun hazırladığı hesabatda Ozolinanın günahsız, digər sürücü Onur Obutun isə əsas günahkar olduğu qeyd edilib.
Xatırladaq ki, qəza iyulun 21-də saat 17.30-da Söke-Milas avtomobil yolunda baş verib. Rusiya vətəndaşı və motosiklet həvəskarı olan 38 yaşlı Tatyana Ozolina dünya turu çərçivəsində iyulun ikinci həftəsində Türkiyəyə daxil olub. Turda onu 29 yaşlı Onur Obut və Sergey Xadrikov müşayiət ediblər.
İddiaya görə, Milasa doğru hərəkət edən 3 motosikletçidən biri - Sergey Xadrikov geridə qalıb. Obut və Ozolina sürəti azaldaraq dostlarının onlara çatmasını gözləyiblər. Bu vaxt Tatyana ilə Onurun motosikletləri toqquşub. Nəticədə Ozolina həyatını itirib. Yaralanan Obut isə xəstəxanaya aparılıb.
Müalicəsi tamamlanan Onur Obut polis qrupları tərəfindən saxlanılıb.
"Tatyana Ozolina və Sergey Xardikovu çoxdandır sosial mediadan tanıyıram. Onları Türkiyəni gəzdirmək üçün dəvət etdim. Səfərimiz İstanbuldan başladı. Milas rayonunun sərhədlərinə girəndə arxada qalan Sergeyi gözləmək üçün yavaşladım, bu zaman arxadan gələn Tatyana mənə dəydi və sürükləndi", - deyə o, ifadəsində bildirib.
Obut daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Təhlükəsizlik kameralarının araşdırılması və hadisə şahidlərinin ifadələri əsasında Ədliyyə Tibb Qurumu tərəfindən hesabat hazırlanıb. Hesabata əsasən, Ozolina hərəkətdə olduğu zaman qarşısına çıxan yük maşınına görə əyləci basıb, izləmə məsafəsini qorumayan Obut isə Ozolinanın motosikletinə arxadan toqquşub. Bu səbəbdən də Ozolinanın günahının olmadığı, qəzaya Obutun səbəb olduğu məlum olub.
Tatyana Ozolinanın ailəsinin vəkili Ali Şanın sözlərinə görə, Ozolinanın motosikletində olan və hadisə zamanı işlək vəziyyətdə olduğu iddia edilən kamera qəzadan sonra yoxa çıxıb. Qəzaya görə dayanan bir sürücünün kameranı Obuta verdiyi deyilir. Ali Şan kameranı görənlərdən prokurorluğa ifadə vermələrini istəyib.
"Tatyana Ozolinanın ölüm səbəbi ilə bağlı hesabat gözlənilir. Sənəddə bütün dəlillər toplanıb. Ancaq kamera çəkilişi yoxa çıxıb. Qəzadan sonra kameranın digər sürücüyə verildiyi deyilir, amma sürücü bunu inkar edir", - deyə Ali Şan qeyd edib.
"Bir çox şahid ifadəsini verib. Əgər qəzanı görən başqaları da varsa, lütfən, prokurorluğa müraciət etsinlər və ifadələrini versinlər", - deyə o əlavə edib.
Seçilən
30
5
oxu.az

10Mənbələr