AZ

"McLaren" yeni hiperkarını anons etdi

"McLaren"in yeni flaqman hiperkarı W1 adlanacaq.

hakimiyyet.az xəbər verir ki, britaniyalı avtomobil istehsalçısı bu məlumatı "YouTube"da dərc olunan qısa videoda açıqlayıb. Yeni məhsulun premyerası oktyabrın 6-da Bakı vaxtı ilə saat 16:00-da olacaq.

Videoda avtomobilin özü göstərilməyib: Orada yalnız onun sələfləri görünür - "McLaren" F1 və P1. Sonuncunun istehsalı 2015-ci ildə dayandırılıb.

W1-in özü haqqında ətraflı məlumat yoxdur. Ehtimal ki, o təxminən 1200 at gücünə malik V8 əsaslı hibrid olacaq.

Seçilən
19
2
hakimiyyet.az

10Mənbələr