AZ

Gürcüstanda MSK prezidentə müraciət etdi: "Siyasi hücumlara son qoyun"

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə Prezidenti Salome Zurabişvili və onun administrasiyasını komissiyaya qarşı siyasi hücumları dayandırmağa çağırıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Sputnuk Georgia" məlumat yayıb.

Salome Zurabişvili bildirib ki, ölkə hakimiyyəti öz nəhəng diasporasından qorxur və xaricdə seçki məntəqələri açmamaqla onları səsvermə hüququndan məhrum edir. Prezident hər şeydə Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyini günahlandıraraq, məhkəmənin bunu sonradan həll edəcəyini qeyd edib.

"Biz Prezident və onun nümayəndələrini seçki administrasiyasına qarşı siyasi motivli hücumları, seçicilər arasında yanlış təsəvvür yaratmaq cəhdlərini dayandırmağa və bununla da həm ölkə daxilində, həm də xaricdə seçicilərə hörmət göstərməyə çağırırıq", - MSK-nın saytında yerləşdirilən bəyanatda deyilir.

MSK qeyd edir ki, komissiyanın nümayəndələri iclaslarda dəfələrlə prezident administrasiyasına və şəxsən ona xaricdə məntəqələrin necə formalaşdığını izah ediblər.

"Buna uyğun olaraq, onlar yaxşı bilirlər ki, seçki məntəqələri Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında yaradılır. Sentyabrın 26-da keçirilən iclasda məhz qanuna ciddi riayət olunmaqla 42 ölkədə 60 seçki məntəqəsi yaradılıb", - məlumatda deyilir.

Qurum prezidentin bəyanatını Mərkəzi Seçki Komissiyasına qarşı diskriminasiya kampaniyasının davamı adlandırıb.

Qeyd edək ki, xaricdə seçki məntəqəsi konsulluq qeydiyyatında olan ən azı 50 və 3000-dən çox olmayan seçici üçün açıla bilər.

Seçilən
2
2
hakimiyyet.az

3Mənbələr