AZ

Rusiya XİN rəhbəri Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüşün mümkünlüyünü şərh edib

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın gələcəkdə Rusiyada potensial danışıqların mümkünlüyünü şərh edib.

TurkicWorld bu barədə TASS-a istinadən xəbər verir.

“Rusiya Federasiyasında keçiriləcək BRİKS və ya MDB tədbirləri çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün mümkünlüyü onların qərarından asılıdır”, - deyə S.Lavrov qeyd edərək, Moskvanın öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu vurğuladı.

Qeyd edək ki, oktyabrın əvvəlində Moskvada MDB dövlət başçılarının görüşü, həmin ayın sonunda isə BRİKS sammiti keçiriləcək.

Seçilən
3
3
turkic.world

4Mənbələr