AZ

Hizbullah lideri Nəsrullah öldü: İran indi nə edəcək?

İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən Hizbullah qruplaşmasının lideri Həsən Nəsrullah İsrailin cümə günü Livana endirdiyi hava zərbələri nəticəsində öldürüldü.

Siyasi təhlilçilər bununla da regionda münaqişənin daha da alovlanacağı və daha geniş coğrafiyaya yayılacağı risklərinin olduğu qənaətindədir.

Bu isə İranın İsrailə cavab olaraq nə edəcəyindən asılıdır.

Hizbullah Həsən Nəsrullahın ölümünü təsdiqləyibİsrail hücumunda ölmüş Hizbullah lideri Həsən Nəsrullah kim idi? "Hizbullah" üzvləri və İran səfirinin yaralandığı hadisə barədə nə məlumdur?İranın reaksiyası nə olub?

Şəxsi əlaqələri olan Nəsrullahın ölüm xəbərini alan İranın ali dini lideri Ayətullah Xameneyi 5 günlük matəm elan edib və Nəsrullahın ölümünün qisassız qalmayacağına söz verib.

O qeyd edib ki, müqavimət cəbhəsinin “köhnəlmiş və tənəzzüldə olan” İsrailə hücumları “daha ​​da güclü olacaq”.

Xameneyi bildirib ki, Nəsrullah “Beyrutun cənub ətraflarında çarəsiz insanları və onların dağıdılmış evlərini, eləcə də itirilmiş qiymətli canları müdafiə etməyi planlaşdırarkən” öldürülüb.

O deyib ki, müqavimət cəbhəsi “görkəmli bayraqdarını”, Livan isə “analoqu olmayan lider”ini itirsə də, Hizbullah daha da güclənəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani İsrailin Livana endirdiyi hava zərbələrini “müharibə cinayəti” adlandırıb və buna görə həm İsrailin, həm də ABŞ-ın məsuliyyət daşıdığını bildirib, dövlət mediası yazıb.

VİDEO: Hizbullah Həsən Nəsrullahın ölümünü təsdiqləyib

Hizbullah və İran başa düşür ki... - BBC-dən Frank Gardner-in təhlili

Hazırda İran regionda ən əsas müttəfiqinin məhv olması təhlükəsi ilə üz-üzədir. Bu həm də İran üçün ən çox raket ehtiyatına malik qüvvəsini itirmə riskidir, BBC-nin təhlükəsizlik müxbiri Frank Gardner qeyd edir.

Son bir həftə ərzində Hizbullahda olan müxtəlif raketlər nisbətən azalıb və onları işlədə bilən insanlar da həlak olublar. Lakin Təl-Əviv də daxil olmaqla, İsrailin digər şəhərlərini hədəf ala biləcək uzaq mənzilli idarəolunan raketlər hələ də qruplaşmanın ehtiyatında toxunulmaz olaraq qalır.

Hizbullah və İran başa düşür ki, əgər bu raketləri işə salsalar və İsrail şəhərlərinə atsalar, bunun iki mümkün nəticəsi ilə üzləşməli olacaqlar: birincisi İsrail cavab tədbiri kimi birbaşa İranın özünü hədəf ala bilər, ikinci məqam isə odur ki, regionun demək olar bütün dənizlərində hərbi gəmilərini yerləşdirmiş ABŞ məsələyə qarışa bilər.

Bundan sonra, böyük ehtimalla İraq, Suriya və Yəməndə mövcud olan İranın dəstəklədiyi silahlı qruplaşmaların daha geniş formada münaqişəyə qoşulduğunu görəcəyik.

Diplomatlar gərginliyi azaltmaq üçün əllərindən gələni edəcəklər, lakin indi İsrail Hizbullahın axırına çıxmaqda daha qərarlı görünür.

"Kütləvi eskalasiya..." - BBC-dən Jeremy Bowen deyir

İsrail artıq daha çox əsgər səfərbər edib və görünür hərbi müdaxiləni daha da artırmaq niyyətindədir.

Bunu nəzərə alan BBC-nin beynəlxalq məsələlər üzrə redaktoru Jeremy Bowen İsrailin yalnız hava hücumları ilə kifayətlənməyəcəyi və qurudan da Livana hücum edəcəyi ehtimalının olduğunu deyir.

O, İsrailin bu addımını "kütləvi eskalasiya xarakterli" kimi təsvir edir.

Seçilən
118
50
bbc.com

10Mənbələr