AZ

“Zirə” “Kəpəz”i darmadağın etdi - Video

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Zirə” “Kəpəz”i qəbul edib. Xala və qələbəyə həsrət olan Gəncə təmsilçisi Zirədə də böyük hesabla uduzub.

42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib.

Azərbaycan Premyer Liqası
8-ci tur
28 sentyabr

“Zirə” – “Kəpəz” 3:0

Qeyd edək ki, günün digər oyununda isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib.

Seçilən
2
2
qafqazinfo.az

3Mənbələr