AZ

İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək

İndoneziya 2029-2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Retno Marsudi BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı bildirib.

"Mən İndoneziyanın 2029 və 2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini elan etməkdən qürur duyuram. Namizədlik qlobal sülh və təhlükəsizliyə töhfə vermək üçün bizim dərin öhdəliyimizi əks etdirir", - nazir deyib.

Xarici işlər naziri BMT ölkələrini “gələcək nəsillər üçün sülh mirası yaratmaq” üçün birgə işləməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir ki, onlardan 5-i (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi, 10-u isə qeyri-daimi üzvdür və 2 il müddətinə seçilir. Hazırda 10 müvəqqəti üzv var: Əlcəzair, Qayana, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, Sierra Leone, İsveçrə, Ekvador və Yaponiya. Təhlükəsizlik Şurası sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehdir və BMT-yə üzv olan bütün ölkələr onun qərarlarına tabe olmağa borcludurlar. 

Seçilən
9
operativmedia.az

1Mənbələr