Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Nyu-York Tayms" məlumat yayıb.
Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.
2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.
Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan "Məclis əş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin "Cihad Şurası"nın rəhbəri təyin olunub.
O, "Hizbullah"ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.
2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.
10Mənbələr
-
musavat.comİsrail Baş Qərargahı növbəti hədəfləri açıqladı ( 11479597)
-
musavat.comLivanda ölənlərin sayı 1600-ə çatıb ( 11479582)
-
oxu.azLivanda ölənlərin sayı 1600-ə çatıb ( 11479417)
-
editor.azİsrail Livanı hərbi blokadaya aldı ( 11479366)
-
oxu.azİsrail Baş Qərargahı növbəti hədəfləri açıqladı ( 11479264)
-
hakimiyyet.azİsrail Livanı hərbi blokadaya aldı ( 11479201)
-
oxu.azİsrail Livanı hərbi blokadaya aldı ( 11479132)
-
oxu.azLa Liqa: "Barselona" mövsümün ilk məğlubiyyətini aldı ( 11479030)
-
azreform.infoNəsrullahı o əvəz edəcək - KİV ( 11478367)
-
olke.azNəsrullahı o əvəz edəcək - KİV ( 11478142)