AZ

İsrail hücumunda ölmüş Hizbullah lideri Həsən Nəsrullah kim idi?

Livanın şiə məzhəbli islamçı Hizbullah qruplaşmasının lideri Şeyx Həsən Nəsrullah Yaxın Şərqin ən məşhur və nüfuzlu simalarından biri idi.

İsrail tərəfindən öldürüləcəyindən qorxduğu üçün o, uzun illərdir ki, ictimai məkanlarda görünmürdü.

İsrail ordusu sentyabrın 28-də Beyruta endirdiyi raket zərbələrlə Nəsrullahı öldürdüyünü açıqlayıb. Hizbullah bu xəbəri bir neçə saat sonra təsdiqləyib.

"Hizbullah" üzvləri və İran səfirinin yaralandığı hadisə barədə nə məlumdur?Sirli lider

Həsən Nəsrullah bir çox cəhətdən sirli fiqurdur. Onun İran rəsmiləriylə şəxsi əlaqələri var, Hizbullahın ciddi siyasi və hərbi gücə çevrilməsi onun xidmətidir.

Ailənin doqquz uşağıdan ən böyüyü olan Nəsrullah 1960-cı ildə dünyaya gəlib, Beyrutun şərqində - atası Əbdül Kərimin kiçik tərəvəz dükanının yerləşdiyi Burc Həmmud məhəlləsində böyüyüb.

Gənclik illərində o, “Amal” hərəkatına - 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayandan sonra məşhurlaşmış şiə döyüşçülərinə qoşulub. Daha sonra İraqın müqəddəs Nəcəf şəhərinə gedərək ordakı şiə seminariyasında oxuyub. Geri dönəndə yenidən “Amal”çılara qoşulub. İsrailin Livana 1982-ci ildəki hücumundan qısa müddət sonra o və digər silahdaşları qrupdan ayrılaraq "İslam Amalı" təşkilatını yaradıblar.

Bu qurum İran İslam İnqilabı Keşikçiləri Korpusundan böyük hərbi və təşkilati dəstək alıb və ən güclü şiə qruplaşmasına çevrilib. Hizbullah bu təşkilatın nəzdində yaranıb.

Nəsrullah

Şəklin mənbəyi, Reuters

Seçilən
94
50
bbc.com

10Mənbələr