AZ

Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir

"ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir".

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin bəyanatında bildirilir.

ABŞ prezidenti Co Bayden şiə Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini haqlı hesab etdiyini bildirib:

"Həsən Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması yüzlərlə amerikalının qətlə yetirilməsindən məsuldur. Onun İsrailin hava hücumu zamanı ölümü minlərlə amerikalı, israilli və çoxlu qurbanlar üçün ədalət ölçüsüdür", - o, qeyd edib.

Seçilən
13
14
operativmedia.az

10Mənbələr