AZ

Şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

Bakı. Trend:

Şuşada təşkil olunan şahmat üzrə X Vüqar Həşimov Memorialı başaçatıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, Yan Nepomnyaşi (Rusiya) qalib olub.

Turnirin ilk iki günündə şahmatçılar rapiddə qüvvələrinisınayıblar. Bu gün isə blitsdə partiyalar keçirilib. Rapiddəliderliyi ələ keçirən rusiyalı şahmatçı üstünlüyünü sonadəkqoruyub. Toplamda 19 xal Nepomnyaşi çempion tituluna yiyələnib.

Özbəkistanlı Nodibrek Abdusattorov ikinci, Şəhriyar Məmmədyarovisə 3-cü yeri tutub.

Turnir cədvəli: Nepomnyaşi - 19 xal,Abdusattorov - 18, Məmmədyarov - 16, Artemyev - 14,5, Süleymanlı -13,5, Çitambaram - 13, Məmmədov, Rapport - 9.

Məqalədə:
Seçilən
4
1
az.trend.az

2Mənbələr