AZ

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisindəki akvatoriyasında və Mingəçevir su anbarının Yevlax rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Araşdırma zamanı həmin şəxslərin Sabunçu rayonu Nardaran qəsəbə sakini Əliyulla Zeynalov, Neftçala rayonu Yenikənd qəsəbə sakini Anar Baxşıyev, Siyəzən rayonu Yenikənd kənd sakini Şahvələd Fərhadov,  Neftçala rayonu Şirvanlı kənd sakini İlyas Musayev və Yevlax rayonu Xanabad kənd sakini Azər Nadirov olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb. 

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Seçilən
1
1
ekologiya.az

2Mənbələr